Son Xəbərlər
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü
banner

S&P “AzərEnerji”nin 2024-2025-ci illər üçün əsaslı xərclərini açıqlayıb

22 iyn 2024, 11:58
S&P “AzərEnerji”nin 2024-2025-ci illər üçün əsaslı xərclərini açıqlayıb

“AzərEnerji” ASC-nin 2024-2025-ci illərdə illik əsaslı xərclərini 2023-cü ildəki 696 milyon manata qarşı təqribən 340-350 milyon manat (200-210 milyon ABŞ dolları) təşkil edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “AzərEnerji”nin emitentinin uzunmüddətli və qısamüddətli kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib. Bu da sərbəst əməliyyat pul vəsaitlərinin illik müsbət dəyərinə səbəb olacaq.

“Sərbəst əməliyyat pul vəsaitlərinin orta axını 110 milyon manat təşkil edəcək. Eyni zamanda, kapital planını dəstəkləmək üçün 2024-2025-ci illərdə təxminən 1,2-1,3 milyard manata yeni borcların verilməsi ilə xalis borcun orta dərəcədə artacağını proqnozlaşdırırıq. Bu, növbəti iki il ərzində əməliyyat fəaliyyətindən əldə edilən vəsaitlərin (FFO) borc nisbətini 30 %-dən yuxarı qaldıracaq. Qeyd edək ki, hökumət “AzərEnerji”yə sərmayə qoyuluşunu davam etdirmək barədə göstəriş verərsə, kapital arta bilər”, - S&P hesab edir.

Agentliyin məlumatına görə, enerji operatoru 2024-cü ilin sonuna kimi bir sıra generasiya aktivlərinin, o cümlədən ümumi quraşdırılmış gücü təxminən 80 meqavat olan 9 su elektrik stansiyasının istismara verilməsini gözləyir: “2023-cü ilin aprel ayında “Azərenerji” investisiya planını, xüsusən də yeni 1 280 meqavatlıq kombinə edilmiş dövrəli qaz turbinini dəstəkləmək üçün yerli “Kapital Bank”dan 180 milyon ABŞ dolları məbləğində altı illik kredit alıb. Tikinti plana uyğun gedir və zavod 2024-cü ilin sonuna kimi istifadəyə verilməlidir”.