Son Xəbərlər
Füzuli Dövlət Dram Teatrı XXXV mövsümünü F.Mustafanın "Adsız"
Bu gün dünyada Beynəlxalq Sülh günü kimi qeyd edilir. Artıq 25 ildir davam
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
banner

Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub

21 iyn 2024, 18:38
Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Hər il olduğu kimi bu il də Neftçala rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.
 
Liderxeber.az xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, tər gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
 
Neftçala  RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq, işlərini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir. 
 
Tədbirdə çıxış edən Neftçala Rayon Polis Şöbəsinin rəisi Emil Cavadov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH-in hüquq şöbəsinin müdiri Sadiq Abbasov, Neftçala Mərkəzi Rayon Xəstəxanası PHŞ-in direktoru Elman Quliyev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov və digər ziyalılar dövlət qulluğu sisteminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, dövlət qulluqçularının etik davranış qaydalarından, dövlət qulluğunda gənclərin rolundan həmçinin, rayonda görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
 
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu fəxri fərmanlarla ilə təltif olunublar.