Son Xəbərlər
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü
banner

Ət nə qədər ucuzlaşacaq? - Açıqlama

20 iyn 2024, 16:01
Ət nə qədər ucuzlaşacaq? - Açıqlama

Qurban bayramından sonra ət bazarında qiymətlər düşüb. Əgər bir həftə əvvəl quzu əti 20-22, dana əti 15-16 manata təklif olunurdusa, hazırda quzu əti 18-19, mal əti isə 13-14 manata satılır.

Mütəxəssislər hesab edirlər ki, qiymətlərdəki eniş hələ bir müddət davam edəcək.

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bir qayda olaraq Qurban bayramından sonra ət ucuzlaşır:

"Sözügedən tendensiya bu gün də davam edir. Amma ətin ucuzlaşmasını zəruri edən digər səbəblər də var. Bunun birincisi havaların kəskin istiləşməsidir. Məlumdur ki, insanlar təzə ət almağa daha çox meyil edirlər. İsti günlərdə isə əti çox saxlamaq olmur. Ət çox qalanda öz təbii rəngini dəyişir. Ona görə də satıcılar çalışırlar ki, təzə əti maksimum qısa zamanda satsınlar.

Bunun üçün də qiymətdə 1-2 manat güzəştə gedirlər ki, daha çox müştəri cəlb eləsinlər.

Digər bir səbəb odur ki, yay aylarında ət xörəklərinə maraq azalır. İnsanlar tərəvəz yeməklərinə daha çox üstünlük verirlər. Təbii ki, bu da ətin qiymətinə təsir edən ənənəvi faktordur. Burada əhalinin alıcılıq qabiliyyəti də əsas amillərdən biridir. Mal və quzu əti baha olduğu üçün insanlar daha çox toyuq ətinə üstünlük verirlər.

Ən nəhayət, Məhərrəm ayının yaxınlaşması bazara öz təsirini göstərir. Məlumdur ki, Məhərrəmlikdə və ondan sonrakı qısa müddətdə toylar olmur. Toyların olmaması da ət bazarında tələbi azaldır. Dediyimiz bu səbəblər bu gün ətin qiymətinin 10-15 faiz azalmasını zəruri edir. Bu ucuzlaşma avqustun sonu- sentyabrın əvvəlinədək davam edəcək".

Müsahib əlavə edib ki, payızda ətin qiyməti yenidən artacaq:

"Səbəbsə həm əhalinin artan tələbatı, həm də yemin bahalaşmasıdır. Məlumdur ki, may-iyun aylarında havaların yağıntılı keçməsi yem tədarükünə mənfi təsir edib. İkinci yonca çalımı yox dərəcəsindədir. Bu səbəbdən havalar soyuduqca yonca kipinin qiyməti bahalaşacaq. Bu da ətin qiymətində özünü göstərəcək".