Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

18 iyn 2024, 15:47
Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir.

"Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. Bu çərçivədə Əskişəhər, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq", - məlumatda vurğulanıb.