Son Xəbərlər
Füzuli Dövlət Dram Teatrı XXXV mövsümünü F.Mustafanın "Adsız"
Bu gün dünyada Beynəlxalq Sülh günü kimi qeyd edilir. Artıq 25 ildir davam
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
banner

"Emedia Group" tərəfindən "Uğur əngəl tanımır" adlı konfrans keçirilib

17 iyn 2024, 22:31
"Emedia Group" tərəfindən "Uğur əngəl tanımır" adlı konfrans keçirilib

"Emedia Group" Media Təşkilatı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunan "Uğur əngəl tanımır"  layihəsinə start verib. 

Liderxeber.az xəbər verir ki, Milli Qurtuluş Günü münasibətilə keçirilən konfransda millət vəkilləri, ziyalılar, iş adamları, tanınmış incəsənət xadimləri, QHT sədrləri, həkimlər o cümlədən media nümayəndələri iştirak etmişdir.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla anılıb.

Açılış mərasimində çıxış edən "Emedia Group" Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihə çərçivəsində "Emedia Group" Media Təşkilatının rəhbərliyi ilə  "Alioglu" Media Group tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uğur əngəl tanımır" videoçarxı ərsəyə gətirilib. Videoçarxda yer alan autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və koxlear implantlı uşaqlar sağlamlıq imkanları məhdud uşaqların səsi oldular.

Sonra çıxış edən Millət vəkili, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova autizm spektrli pozuntusu olan şəxslər, onların və ailələrinin üzləşdikləri çətinliklərdən, müasir dövrün ən aktual problemlərindən biri olan autizmlə bağlı cəmiyyətin maarifləndirilməsi və bu yöndə təbliğat işlərinin aparılmasının vacibliyindən danışıb.

Daha sonra çıxış edən natiqlər vurğulayıblar ki, dünyada, o cümlədən Azərbaycanda əlillərin, xüsusilə də fiziki məhdudiyyətli uşaqların reabilitasiyası, onların sağlamlığı, bu və ya digər problemlərini dövlət və özəl qurumlar diqqətdə saxlayır və bu istiqamətdə mühüm addımlar atılır: Qeyd olunub ki, bu sahədə irəliləyişə nail olmaq üçün bütün qurumlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidirlər.

Tədbir bədii hissə ilə davam edib.

Tədbirin sonunda bu sahədə əməyi olan bir qrup ziyalı "Emedia Group" Media Təşkilatı tərəfindən təltif edilib.