Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib

17 iyn 2024, 16:29
Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib

Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

Liderxeber.az-ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. 

Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. Belə ki, sözügedən sərhəd dirəklərinə artıq tikanlı məftillər quraşdırılıb. “Onsuz da indiyə qədər də keçə bilməzdilər, çünki orada sərhədçilər xidmət aparır”, deyə Paşinyan əlavə edib. 

Qeyd edək ki, mayın 24-ü aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.