İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.
Liderxeber.az-a Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan olunub.