Son Xəbərlər
Bu gün dünyada Beynəlxalq Sülh günü kimi qeyd edilir. Artıq 25 ildir davam
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
banner

Qərbi Azərbaycan Xronikası: Tibbi ədəbiyyata daxil olan "erməni xəstəliyi"nin əlamətləri

14 iyn 2024, 09:14
Qərbi Azərbaycan Xronikası: Tibbi ədəbiyyata daxil olan "erməni xəstəliyi"nin əlamətləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Liderxeber.az xəbər verir ki, "Ermənilərin Qırğızıstan və Peruya qarşı ərazi iddiaları" adlı süjetdə ermənilərin tarix boyu dəyişməyən genetikasından irəli gələn və zaman-zaman müxtəlif ölkələrin ərazisinə, maddi-mədəni irsinə, bir sözlə, başqalarının olan hər şeyə iddia etməsindən, yəni "erməni xəstəliyi"ndən bəhs olunub.

Bildirilib ki, "Erməni xəstəliyi" siyasi müstəvidə də mövcuddur, XIX əsrin sonlarında Qafqaza köçürülən ermənilər xarici güclərin dəstəyi ilə XX əsrin əvvəlində Azərbaycan torpaqları hesabına "dövlət" yaradıblar:

"Əsrin sonunda isə yenə Azərbaycan torpaqları hesabına xarici güclərin dəstəyi ilə Qarabağı işğal edərək "ikinci erməni dövləti"nin yaradılmasına nail olub, dənizdən-dənizə xəyal etdikləri "Böyük Ermənistan" xülyaları qururdular. Lakin 44 günlük müharibə, ardınca Xankəndidə erməni separatizmini məhv etməklə Azərbaycan bu xülyaların üzərindən xətt çəkdi".

Qeyd olunub ki, bu gün baş nazir Nikol Paşinyan erməniləri başqalarının torpaqlarına iddia qaldırmaq, tarixi miflər yaratmaq xəstəliyindən xilas etməyə çalışır:

"Əslində isə N.Paşinyan "erməni xəstəliyi"ni başqa formada davam etdirməklə zəbt etdikləri Qərbi Azərbaycanı əllərində saxlamağa çalışır. Lakin Qərbi Azərbaycan reallığı bu gün Ermənistan hakimiyyətinin kabusuna çevrilib".

Diqqətə çatdırılıb ki, ermənilərin Gürcüstanda Cavaxetiyaya, İranda Urmiyaya, Türkiyədə Vana, hətta Qırğızıstan və Peruya qarşı ərazi iddia etdiyi bəllidir:

"Yeni ərazi axtarışı ermənilər üçün həm də mövcudluqlarını davam etdirmək məqsədindən qaynaqlanır. Göründüyü kimi, "erməni xəstəliyi" dünya xalqları üçün vəba kimi təhlükəlidir".

Vurğulanıb ki, Paşinyanın Azərbaycan torpaqları hesabına yaradılan "birinci erməni dövləti"ni qorumaq üçün oynadığı oyunlar da baş tutmayacaq. Çünki Azərbaycan dünyanın bəlasına çevrilən ermənilərə elə bir zərbə vurub ki, bir daha baş qaldırmaları çətin görünür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.