Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ağstafanın icra başçısı səyyar qəbul keçirilib

13 iyn 2024, 15:48
Ağstafanın icra başçısı səyyar qəbul keçirilib

Ağstafada vətənşaların səyyar qəbullarının növbəti ünvanı Qıraq Kəsəmən kənd yaşayış məntəqəsi olub.

Liderxeber.az xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Qıraq Kəsəmən kənd tam orta məktəb binasının iclas zalında keçirib. Səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri,  aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə və yeni dövrün reallıqlarına uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm nəaliyyətlərə imza atmağa davam edir.

Milli maraqlara hesablanmış ardıcıl siyasətin yürüdülməsi, xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri sürətlə davam etdirilir, təhlükəsizlik, beynəlxalq müstəvidə güclü və etibarlı tərəfdaşlıq fonunda Azərbaycan sabitlik adasına çevrilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciət və təkliflər qeydiyyata alınıb. Məsələlərin həllinə dair aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.