Son Xəbərlər
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə

Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 37 % azalıb

12 iyn 2024, 12:25
Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 37 % azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 161,7 manat təşkil edib.

Liderxeber.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % azdır.

Hesabat dövründə ən yüksək qiymət 321,6 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 35,6 % çoxdur.

İkinci yerdə 223,5 manat olmaqla Abşeronun hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 0,6 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 223,4 manat olmaqla Lerik tutub. Bu şəhərdə ötən il 4 ulduzlu hotel olmayıb.

İsmayıllıda 4 ulduzlu hotellərdə bir gecə qalmaq 213,9 manata (+1,6 %), Qusarda 180,1 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Naftalanda 174 manat (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Qaxda 159 manata (-15 %), Bakıda 154,7 manata (- 44,7 % ), Şəkidə 147,3 manata (+7,3 %), Xızıda 130,7 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) Oğuzda 116,2 manata (+16 % ), Gəncədə 112,7 manata (+60 %), Astarada 102,1 manata (-7,1 %), Astarada 108,9 manata (+21,8 % ), Lənkəranda 69,7 manata (-43,1%), Naxçıvanda 68 manata( -16,8), Qazaxda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) başa gəlib.