Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Milli Məclisin nümayəndə heyəti Belarusa gedib

10 iyn 2024, 09:00
Milli Məclisin nümayəndə heyəti Belarusa gedib

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Belarusa rəsmi səfərə gedib.

Liderxeber.az xəbər verir ki, bu barədə Belarus Milli Məclisinin (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.

"Biz dövlət başçılarımızın müəyyən etdiyi münasibətlərin və razılaşmaların inkişafına yönələcək parlament fəaliyyəti xətti ilə gələcək əməkdaşlığımızla bağlı bütün məsələləri müzakirə edəcəyik", - Respublika Şurasının sədri Natalya Koçanova S.Qafarovanı salamlayaraq bildirib. O xatırladıb ki, danışıqlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərindən sonra baş tutur.

Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Sives artıq Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə milli təhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafı da daxil olmaqla əməkdaşlığın prioritet sahələri müzakirə edilib.

Nümayəndə heyətinin səfər proqramına hökumət rəhbərliyi, parlament palataları ilə görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması, Belarus Dövlət Universitetinə səfər və digər tədbirlər daxildir.