Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

FHN məktəblilər üçün “açıq qapı günü” keçirdi

08 iyn 2024, 13:42
FHN məktəblilər üçün “açıq qapı günü” keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Xaçmaz rayon məktəbliləri üçün “açıq qapı günü” keçirib.

Liderexeber.az FHN-ə istinadən xəbər verir ki, mərkəzdə reallaşdırılan tədbirdə Nazirliyin yerli qurumlarının qüvvə və vasitələri, həmçinin Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları və rayonda fəaliyyət göstərən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin müvafiq yerli qurumlarının fəaliyyəti ilə tanış edilməsi olub.

Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov “açıq qapı günləri”nin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.