Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Ağstafada bol barama məhsulunun tədarükü gözlənilir

08 iyn 2024, 11:28
Ağstafada bol barama məhsulunun tədarükü gözlənilir

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq,  Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılıb, mühüm qərarlar qəbul olunub, bu sahəyə dövlət dəstəyi gücləndirilib.

Rayon İcra Hakimiyyətindən Liderxeber.az-a verilən məlumata görə, Ağstafa rayonunda da barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə hər il olduğu kimi, bu il də ağstafalı kümçülərə məhsuldar ipəkqurdu cinsləri paylanılıb. 

Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Aşağı Göycəli kəndində barama saxlama məntəqəsində mövcud şəraitə diqqət yetirib, rayonda barama istehsalına dair kümçülərlə söhbət aparıb, onları maraqlandıran məsələləri öyrənib.

Qeyd olunub ki, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə dövlətimiz tərəfindən subsidiyanın verilməsi bu sahəyə marağı artırıb. Ağstafada fəaliyyət göstərən kümxanalar müvafiq tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən aqrozootexniki tələblərə uyğun hazırlanıb, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Təlimata uyğun olaraq kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb.