Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

08 iyn 2024, 08:01
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) növbəti dəfə üzv seçilib.

Liderxeber.az  xəbər verir ki, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2025-2027 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 148 səslə Şuranın üzvü olub. Qeyd edək ki, ECOSOC BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

ECOSOC BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.

Səsvermənin nəticəsinə görə Azərbaycanla yanaşı, Ermənistan, Əlcəzair, Niderland, Avstraliya, Banqladeş, Kanada, Tanzaniya, Özbəkistan, Somali də daxil olmaqla ümumilikdə 21 ölkə üç il müddətində ECOSOC-a üzv seçilib.

BMT Nizamnaməsinin 61-ci maddəsinə əsasən, ECOSOC Baş Assambleya tərəfindən seçilən 54 üzvdən ibarətdir. 18 üzv hər il Baş Assambleya tərəfindən üç illik müddətə ECOSOC-a üzv seçilir.