Son Xəbərlər
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və

Sumqayıt Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb

07 iyn 2024, 17:30
Sumqayıt Tibb Mərkəzində birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Xəstəxanasında birgünlük cərrahiyyə xidməti istifadəyə verilib. 

Bu barədə media-tur çərçivəsində açıqlama verən Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov qeyd edib ki, cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir:

“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”.

R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək.