Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Şəhid İlqar Əhmədova həsr olunan “İki oğul acısı” kitabı təqdim olundu - FOTO

06 apr 2024, 14:42
Şəhid İlqar Əhmədova həsr olunan “İki oğul acısı” kitabı təqdim olundu - FOTO

İkinci Qarabağ müharibəsində şəhid olan İlqar Əhmədov və qardaşı Vüqar Əhmədova həsr olunmuş “İki oğul acısı” adlı kitabın təqdimatı keçirilib.

LiderXəbər xəbər verir ki, 5 aprel tarixində Namiq Fərəczadə adına 100 nömrəli məktəbdə şəhidin həyat və döyüş yolundan bəhs edən, ailəsinin, yaxınlarının, döyüş yoldaşlarının, müəllimlərinin İlqar Əhmədovla bağlı xatirələrini bölüşdüyü, şəhidin keçdiyi şərəfli həyat yolu ilə bağlı şeirlərin də daxil edildiyi “İki oğul acısı” kitabının təqdimatı keçirilib.

Təqdimat dövlət himni və Şəhidimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra şəhid və qardaşının həyatını əks etdirən videolent təqdim olunub. Şəhidin ailəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, orta məktəbdə onlara dərs demiş müəllimləri və döyüş yoldaşları söz alaraq xatirələrini bölüşüblər.