Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Prezident Sankt-Peterburqun qubernatorunu qəbul edib

03 apr 2024, 12:59
Prezident Sankt-Peterburqun qubernatorunu qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.

LiderXəbər xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub və bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlanıb. Bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.

Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib. Artıq 20 ildir ki, fəaliyyət göstərən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulanıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.