Son Xəbərlər
"İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə
İspaniyanın "Mundo" qəzeti amerikalı sahibkar İlon Maskı XXI əsrin
“Caspian Energy Club” bu ilin iyun ayından etibarən Azərbaycan Respublikası
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan
Bu gün Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz
Ombudsman Aparatında təyyarə qəzasında həyatını itirmiş şəxslərin xatirəsi yad
Bu gün Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatı başlayır. Liderxeber.az
banner

Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib

15 mar 2024, 17:49
Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində hazırlığın əsasları” mövzusunda beynəlxalq konfrans keçirilib.

LiderXəbər FHN-ə istinadən xəbər verir ki, konfransda respublikamızın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, Mülki Müdafiə fənni tədris olunan kafedra müdirləri, eləcə də hər iki nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak ediblər. Bundan başqa, tədbirdə Rusiya Federasiyasının, Qazaxıstan, Belarus, Özbəkistan və Qırğız respublikalarının Fövqəladə Hallar nazirliklərinin və mülki müdafiə fənni tədris olunan ali təhsil müəssisələrinin aidiyyəti nümayəndələri videokonfrans rejimində iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiənin müasir tələblər çərçivəsində gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, əhalinin fövqəladə hallardan daha etibarlı mühafizəsi üçün yeni metod və üsulların həyata keçirilməsində elmi tədqiqatların rolu və bununla bağlı ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr, o cümlədən Mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, elmi-metodiki bazasının gücləndirilməsi, onun innovativ və texnoloji yeniliklər əsasında qurulması, mövcud problemlərin həlli yollarının araşdırılması və digər məsələlərin müzakirəsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə sahəsində görülən işlərin səmərəliliyinin artırılmasında və mülki müdafiə sisteminin inkişafında elm və təhsilin rolundan bəhs edərək bu sahədə elmi tədqiqatların aparılmasının, innovativ və texnoloji yeniliklərin tətbiq olunmasının, Mülki müdafiə fənnini tədris edən kadrların biliyinin təkmilləşdirilməsinin vacibliyindən danışıb. Baş idarə rəisi Mülki müdafiə fənninin tədrisi ilə əlaqədar mütəmadi olaraq elmi-praktiki konfransların, seminarların, mülki müdafiə məsələlərinə həsr olunan digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə və Dövlət Yanğından Mühafizə Xidmətinin akademiyalarının, Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Hissələr üzrə Komitəsinin, Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki mühafizə üzrə mütəxəssislərin hazırlığı Mərkəzinin və Qırğız Dövlət Texniki Universitetinin Energetika İnstitutunun nümayəndələri çıxış edərək ölkələrində ali təhsil müəssisələrində tədris olunan mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin təşkili və təkmilləşdirilməsi, onların aparılmasının forma və metodları barədə geniş məlumat veriblər.

Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdən sonra iştirakçılar Akademiyadakı Heydər Əliyev Mərkəzi və ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Muzey ilə tanış olublar.