Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

TƏBİB rəhbərliyində yeni təyinatlar - Fotolar

04 may 2026, 15:25
TƏBİB rəhbərliyində yeni təyinatlar - Fotolar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.

Liderxeber.az xəbər verir ki, Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı və Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşavirləri təyin olunublar.

Ramil Muxtarzadə Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” ensiklopediyasında yer alıb.

Töhfə Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.

2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Rzayev Bahadur isə Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub. 

2019–2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

B.Rzayev 2021-ci ildə keçirilən “Yüksəliş” müsabiqəsinin finalçısı olub.