Son Xəbərlər
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ Prezidenti
Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra alovlanan Qətərə məxsus
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Liderxeber.az
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu
“Sabah” “Qarabağ”ın futbolçusu Amin Ramazanovu transfer edib. Lideerxeber.az
Salyan rayonunda gənc qadın vəfat edib. Liderxeber.az xəbər verir ki, dünən
Çinin Hubey əyalətində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, daha bir
ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili

“90 min müəllimin maaşı tənzimlənəcək”

28 apr 2026, 12:43
“90 min müəllimin maaşı tənzimlənəcək”

“Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək”.

Liderxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.

E.Bağırov həmçinin bildirib ki, sertifikatlaşdırılma prosesinə cəlb olunacaq müəllimlərin sayı ümumilikdə 100 minə çatdırılacaq: “Bu il ilk dəfə olaraq tarix, texnologiya, fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaqlar. 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək”. 

Eşqi Bağırov qeyd edib ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin iyunun 17-19, 23-25-i tarixində təşkil olunması planlaşdırılır.