Son Xəbərlər
Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra alovlanan Qətərə məxsus
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Liderxeber.az
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu
“Sabah” “Qarabağ”ın futbolçusu Amin Ramazanovu transfer edib. Lideerxeber.az
Salyan rayonunda gənc qadın vəfat edib. Liderxeber.az xəbər verir ki, dünən
Çinin Hubey əyalətində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, daha bir
ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili
Müəllimlərin geyim tələblərinə dair qanunvericiliyə dəyişiklik olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq

İşə qəbul zamanı narkoloji test veriləcək

27 apr 2026, 12:24
İşə qəbul zamanı narkoloji test veriləcək

İşə qəbul zamanı vətəndaşlar dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçncü oxunuşda qəbul edilib.