Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Dövlət Gömrük Komitəsində ASK üzvləri ilə görüş - Fotolar

27 noy 2025, 12:26
Dövlət Gömrük Komitəsində ASK üzvləri ilə görüş - Fotolar

Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla bəhs edib, səmərəli, konstruktiv dialoqun münbit biznes mühitinin yaradılması, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, hazırda biznes nümayəndələri ilə müxtəlif platformalarda işgüzar münasibətlər qurulub və  qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılan birgə addımlar şəffaflığın, xidmət keyfiyyətinin artırılması, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət-özəl dialoqunun uğurla inkişaf etdiyini vurğulayıb, sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həllində ikitərəfli şuraların, eləcə də Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurasının müsbət rol  oynadığını diqqətə çatdırıb.

Görüşdə gömrük dəyərinin müəyyən edilməsi, yerli istehsalı olmayan xammal və yarımfabrikatların gömrük rüsumları, geri qaytarılan mallar üzrə hesablaşmalar, mal nomenklaturası və ekspertiza təcrübəsinin təkmilləşdirilməsi, gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərində təminat mexanizmi, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.