Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bu il sahibkarlar dövlət zəmanəti ilə 124 milyon manat güzəştli kredit alıb

25 noy 2025, 17:40
Bu il sahibkarlar dövlət zəmanəti ilə 124 milyon manat güzəştli kredit alıb

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 678 milyon manat kredit verilib.

Bunun 124 milyon manatı bu ilin yanvar-noyabr aylarının payına düşüb.

Liderxeber.az xəbər verir ki, fondun zəmanət və subsidiyası ilə maliyyələşdirilən layihələr çərçivəsində isə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli, 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə sahibkarların manatla aldıqları kreditlərə zəmanət və həmin kreditlər üzrə faiz subsidiyalarının verilməsinə başlanılıb.

Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin (qiymətli kağızlar buraxmaq hüququna malik olan və bu kağızları öz adından dövriyyəyə buraxaraq onlardan maliyyə vəsaiti cəlb edən hüquqi şəxs və ya dövlət orqanı-red.) maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Həmçinin, iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.