Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Tərəvəz və meyvələrin emal məhsullarının ixracı azalıb

25 noy 2025, 10:00
Tərəvəz və meyvələrin emal məhsullarının ixracı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 18 min 557.97 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Liderxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu mal qrupu üzrə ixracın ümumi dəyəri 29 milyon 650.89 min dollar olub. Ölkənin ümumi ixracatında tərəvəz və meyvələrin emal məhsullarının payı 0.14 faiz, qeyri-neft sektorunu üzrə isə 0.99 faiz təşkil edib.

2024-cü ilin ilk 10 ayında ölkə bu kateqoriya üzrə 20 min 459.84 ton, dəyər ifadəsində isə 29 milyon 108.56 min dollar məhsul ixrac olunub. 2025-ci ilin 10 ayında meyvə-tərəvəz emalı məhsullarının ixracı miqdar baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 9.3% az olsa da, dəyər baxımından təxminən 500 min dollar çox olub.