Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Yanğında adı hallanan restoran nöqsanlara görə cərimələnibmiş

24 noy 2025, 17:47
Yanğında adı hallanan restoran nöqsanlara görə cərimələnibmiş

Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğında ittiham olunan “Loft” restoranında bir müddət əvvəl yanğın təhlükəsizliyi pozulubmuş.

Liderxeber.az-ın məlumatına görə, sakinlərdən birinin müraciətindən sonra aparılan araşdırma nəticəsində restoranda havalandırma sisteminin norma və tələblərə uyğun quraşdırılmadığı müəyyən edilib.

Həmin vaxt Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektin cavabdeh şəxsi inzibati məsuliyyətə cəlb edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb.

İndi isə iddia olunur ki, ötən həftə baş verən yanğın binanın aşağısında yerləşən kafedən keçən şaxtanın zədələnməsi səbəbindən baş verib.

Sakinlərdən bəziləri iddia edir ki, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb. Bina sakini jurnalist Heydər Mirzənin sözlərinə görə, həmin kafe binanın qarajının bir hissəsini zəbt edib, həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərib. O, məsələ ilə bağlı bir müddət əvvəl məhkəməyə müraciət etdiklərini də vurğulayıb.

Qeyd edək ki, yanğınla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. İlk olaraq iş üzrə binanın zirzəmisində yerləşən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev saxlanılıb.