Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

"X"də istifadəçi adları satılmağa başlandı

24 noy 2025, 09:19
"X"də istifadəçi adları satılmağa başlandı

"X" sosial şəbəkəsi "Premium+" abunəçiləri üçün istifadəçi adlarının marketpleysinə çıxışı açıq elan edib.

Liderxeber.az "Engadget"ə istinadən xəbər verir ki, proqram iştirakçıları əvvəllər qeyri-aktiv hesablar tərəfindən tutulmuş istifadəçi adları üçün sorğu təqdim edə bilərlər.

Platforma mövcud istifadəçi adlarını iki kateqoriyaya bölüb: nadir və prioritet. "X" ən dəyərli adları bir sözdən, slengdən və ya minimum sayda simvoldan ibarət istifadəçi adlarını nadir hesab edir.

Açıq sorğuların məlumatlarına görə, @memelord, @phone, @gr0k və @AIchat kimi variantlar potensial əlçatan hesab olunur. Eyni zamanda, istifadəçiyə hesabın mövcud olduğu müddət ərzində prioritet ad üçün yalnız bir sorğu cəhdi verilir.

Əldə edilmiş istifadəçi adının qorunmasına görə "X" fəallıq üçün ciddi tələblər təqdim edib: istifadəçilər mütəmadi olaraq məzmun dərc etməli, qarşılıqlı əlaqədə (cavablar, repostlar, müzakirələr) iştirak etməli və ən azı 30 gündə bir dəfə hesaba daxil olmalıdırlar. Bu şərtlər pozularsa, platforma istifadəçi adını geri götürmək hüququnu özündə saxlayır.