Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

BMU məzunu Varşavada süni intellektin tətbiqi üzrə araşdırmalar aparır - Foto

21 noy 2025, 17:10
BMU məzunu Varşavada süni intellektin tətbiqi üzrə araşdırmalar aparır - Foto

Bakı Mühəndislik Universitetinin (BMU) fizika sahəsi üzrə məzunu, Varşava Universitetinin doktorantı Ülkər Cabbarlı süni intellektin material elmlərində tətbiqi üzrə qabaqcıl araşdırmalar aparır.

Hazırda o, Varşava Universitetinin Nəzəri Fizika İnstitutunda Polşanın Milli Elmi Mərkəzi tərəfindən maliyyələşdirilən yüksəkbüdcəli və ən nüfuzlu elmi qrant müsabiqələrindən olan “OPUS 27”də tədqiqatçı kimi çalışır. Layihə ərinti mühəndisliyi vasitəsilə yeni ikiölçülü təbəqəli kristalların elektron xüsusiyyətlərinin layihələndirilməsinə həsr olunub.

Ülkər Cabbarlı sıxlıq funksional nəzəriyyəsi, süni intellekt alqoritmləri, maşın öyrənməsi mödellərindən istifadə etməklə, yeni nəsil materialların dizaynı üzərində işləyir.

O, magistratura təhsilini Varşava Universitetində “Fiziki hadisələrin kompüter modelləşdirilməsi” ixtisası üzrə yüksək nəticə ilə başa vurub və doktoranturaya qəbul imtahanlarında ilk 5-likdə yer alaraq Varşava Universitetinin Fiziki Elmlər sahəsində bu nəticəni göstərən ilk qadın və beynəlxalq tələbə olub. Bu uğura görə prestijli “Rector’s Scholarship” təqaüdünə namizəd seçilib.

Doktorantura tədqiqatları çərçivəsində Ülkər Cabbarlı Niderlandın Delft Texnologiya Universiteti və Böyük Britaniyanın London Universitet Kolleci ilə də əməkdaşlıq edir, həmin universitetlərin hesablama labaratoriyalarında ikiölçülü ərintilərin elektron xüsusiyyətlərini süni intellekt əsaslı modellərlə araşdırır. 

BMU məzunu, həmçinin Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzinin  NOMATEN İnstitutunda təcrübə keçən ilk azərbaycanlı tələbə olub. Burada çoxölçülü modelləşdirmə və DFT yanaşmaları ilə materialların atom səviyyəsində davranışını tədqiq edib, hidrogendən enerji alınmasına dair iki məqaləsi dərc olunub. Onun müəllifi olduğu elmi işlər “Catalysis Today”, “Plasma Physics and Controlled Fusion”, “Applied Surface Science” və “International Journal of Hydrogen Energy” kimi nüfuzlu jurnallarda yer alıb.

Elmi fəaliyyətlə yanaşı, Ülkər Cabbarlı qadınların STEM sahəsində təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaldır. O, “Women in STEM” qrantı və Polşa-Azərbaycan Şurası ilə “Student Ladies Union” tərəfindən təsis edilən  “Hokuma Aliyeva Scholarship” təqaüdünün qalibidir.

Diaspora fəaliyyətində də fəal olan Ülkər Cabbarlı Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvüdür və 2025-ci ildə ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında ölkəmizi uğurla təmsil edib.

BMU məzununu nailiyyətləri münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.