Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi
Şimali Amerikada keçirilən Dünya Çempionatı oyunları fonunda səhiyyə qurumları
Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.

AYNA-nın bu maşınları sürücüləri cərimələyir - Video

21 noy 2025, 16:28
AYNA-nın bu maşınları sürücüləri cərimələyir - Video

Son günlər paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus xüsusi avtomobillərin reydlər keçirdiyi müşahidə olunur.

Liderxeber.az xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunan həmin nəqliyyat vasitələri sürücülərin dayanma-durma qaydalarını, avtobus zolaqlarının qanunsuz zəbt edilməsini, eləcə də ümumi yol hərəkəti qaydalarının pozulmasını operativ şəkildə qeydə alır.

Mövzu ilə bağlı AYNA-dan bildirilib ki, sözügedən İ-patrul maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir: “İ-patrulların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir, daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq olunur.

Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmalıdır. Nəqliyyat vasitələrinin parklanması üçün xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladıldıqdan sonra ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir”.