Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Azərenerji” ASC-də qanvermə aksiyası keçirilib

19 noy 2025, 15:20
“Azərenerji” ASC-də qanvermə aksiyası keçirilib

Konstitusiya və Suverenlik ili çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” devizi altında qanvermə aksiyası keçirilib.
“Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 120-dən artıq əməkdaşı iştirak edib. Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub.
Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.