Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Bakı-Sumqayıt yoluna çıxan küçədə vacib yenilik - Video

19 noy 2025, 11:04
Bakı-Sumqayıt yoluna çıxan küçədə vacib yenilik - Video

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.

Liderxeber.az quruma istinadən xəbər verir ki, təhlillərə əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyil.

Ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alınaraq, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir. 

Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.  

Layihəyə əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq. 

Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.