Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik

13 noy 2025, 13:09
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik

“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır. 

Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, - nazir qeyd edib. 

***

Emin Əmrullayev əlavə edib ki, gələn il 25 mindən çox müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir: “Bu məqsədlə dövlət büdcəsində əlavə 58.4 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqıya əlavələrlə bağlı 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il artıq demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyətinin sertifikatlaşdırılma prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi qalacaq. 2027-dən artıq 2022-ci ildə sertifikatlaşdırmadan keçən müəllimlər təkrar ikinci dövrədə sertifikatlaşdırmaya cəlb olunacaq”.