Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı

12 noy 2025, 14:05
Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da alındı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hökmə əsasən, Rüfət Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Onun üzərinə həbs qoyulmuş əmlakı da dövlət nəfinə müsadirə edilib.

Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə razılaşmayıb. O, hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rüfət Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən alıb.

Eyni zamanda o, qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırıb.