Son Xəbərlər
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi
Şimali Amerikada keçirilən Dünya Çempionatı oyunları fonunda səhiyyə qurumları
Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli

Depressiyanın dərmansız müalicəsinin gözlənilməz vasitəsi açıqlanıb

12 noy 2025, 11:19
Depressiyanın dərmansız müalicəsinin gözlənilməz vasitəsi açıqlanıb

Quşların cəh-cəhini dinləmək depressiyadan azad olmağa nəfəsalma təmrinləri qədər kömək edə bilər.

Aparılan tədqiqatlar göstərib ki, quş səsləri depressiyada olan insanların fiziologiyasına müsbət təsir göstərir və sinir sisteminin bərpasına dəstək ola bilir.

Liderxeber.az xəbər verir ki, bu nəticəyə Çinin Çjetszyan Universitetinin tədqiqatçıları gəliblər.

Qeyd olunub ki, alimlər əvvəlcə təbiət səslərinin insanların emosiyalarına və fiziologiyasına təsirini araşdırıblar. Daha əvvəl diqqət əsasən vizual təsvirlərə, məsələn, yaşıl landşaftlara və suya yönəlmişdisə, indi tədqiqat quş səslərini nəzərə alıb.

Alimlərin fikrincə, quş səsləri insanın sinir sisteminə ən yaxşı təsir göstərən təbiət səslərindəndir və stresi dəniz və ya meşə səsləri ilə müqayisədə daha effektiv azaldır. Həm də quş nəğməsini parklardan şəhər mərkəzlərindəki məhəllələrə qədər hər yerdə eşitmək mümkündür.

Tədqiqatda 187 tələbə iştirak edib. İlk olaraq hamının depressiya əlamətlərinin səviyyəsi qiymətləndirilib, sonra iştirakçılar depressiya əlamətləri olan və olmayan dörd qrupa bölünüblər. Qrupların hər birində quş səsləri ilə audiosessiya və ya meditasiya seansları keçirilib.

Təcrübə zamanı iştirakçıların elektrokardioqrafiyası və ürək döyüntülərinin tezliyi qeydə alınıb, həmçinin onlardan emosional vəziyyətlərini təsvir etmələri xahiş olunub.

Təcrübənin yekununda əksər iştirakçıların əhvali-ruhiyyəsi yüksəlib, həyəcan səviyyəsi azalıb, emosiyalar üzərində nəzarət hissi bərpa olunub.