Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur”

07 noy 2025, 12:04
“Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur”

“Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və saflığının, ədəbi dilin qorunub saxlanması ilə bağlı səsləndirdiyi dəyərli fikirlər, habelə 10 il əvvəl qaldırdığı bu məsələyə yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər həssas və məsuliyyətli yanaşdığını göstərir. Bu, son illərdə görülən bütün işlərə baxmayaraq, vəziyyətin hələ də tam olaraq qənaətbəxş olmadığını deməyə əsas verir”.

Liderxeber.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda səsləndirib.

O qeyd edib ki, son illərdə ədəbi dilin qorunması istiqamətində mühüm addımlar atılıb:

“Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib. 2002-ci ildə “Dövlət dili haqqında” Qanun qəbul olunub və bununla dilin saflığının qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviqlə bağlı müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət yetirilir”.

K.Həsənov bildirib ki, Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliği yüksək səviyyədə dəstəklənir, lakin qloballaşma və texnoloji inkişaf bu sahədə yeni çağırışlar yaradır:

“Qloballaşma günümüzün reallığıdır və digər sahələrdə olduğu kimi, dilin özünəməxsusluğunun qorunmasına da təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilin saflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeni terminlər dilimizin saflığına zərər də vura bilər, əksinə onu zənginləşdirə də bilər”.

PA rəsmisi qeyd edib ki, mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur və gənclərin dil mühitinə mənfi təsir göstərir:

“Buna görə yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.