Son Xəbərlər
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi
Şimali Amerikada keçirilən Dünya Çempionatı oyunları fonunda səhiyyə qurumları

Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir - Fotolar

07 noy 2025, 10:11
Hərbi Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir - Fotolar

Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Liderxeber.az xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib. 

Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən Azərbaycan Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi Prokurorluğun kollektivini təbrik edib, tarixi zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbiçilərimizin şücaətindən danışıb.

Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən Hərbi Prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, vətən sevgisi nümayiş etdirib. 

Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.