Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Naxçıvanda vergi daxilolmaları 16 faiz artıb

06 noy 2025, 16:46
Naxçıvanda vergi daxilolmaları 16 faiz artıb

Cari ilin ilk on ayı ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 208.9 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15.8 faiz və ya 28.5 milyon manat çoxdur.

Liderxeber.az Muxtar Respublikanın Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 147.6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 27.5 milyon manat və ya 22.9 faiz artıb.

Ödənilən vergilərin 70.7 faizi qeyri-dövlət sektorunun, 29.3 faizi isə dövlət sektorunun payına düşüb.

Həmçinin muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 faiz artaraq 3.8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 8.8 faiz artıb və 25.2 milyon manatdan artıq təşkil edib.