Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Azərbaycanda yeni informasiya sistemi yaradılır - Fərman

06 noy 2025, 16:19
Azərbaycanda yeni informasiya sistemi yaradılır - Fərman

"Invest in Azerbaijan" informasiya sisteminin yaradılır.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla "Invest in Azerbaijan" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilir.

Müəyyən edilir ki, "Invest in Azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO həyata keçirir.