Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Gələn il elm və təhsilə 5,2 milyard ayrılacaq

05 noy 2025, 14:09
Gələn il elm və təhsilə 5,2 milyard ayrılacaq

“2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur”.

Liderxeber.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu, cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur. Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 48,0 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0 milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək”, - nazir müavini bildirib.