Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayında - Rekord

03 noy 2025, 14:00
Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayında - Rekord

Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayı rekord həddə çatıb. 

Liderxeber.az xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili idxal olunub.

Bu avtomobillərin:

56,7%-i (69 500 ədəd) — hibrid,

36,4%-i (44 578 ədəd) — “plug-in” hibrid,

6,9%-i (8 501 ədəd) — tam elektrik mühərrikli avtomobillərdir.

MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən Azərbaycan avtomobil bazarında yeni bir tendensiya başlayıb və “plug-in” hibridlər klassik hibrid modelləri geridə qoyub.

Əgər 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid, 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə vəziyyət tam dəyişib:

5 384 “plug-in” hibrid,

5 103 hibrid — yəni ilk dəfə “elektriklə doldurulan” hibridlər öndə gedib.

Cari ilin (2025) 3-cü rübündə ölkəyə gətirilən “plug-in” hibridlərin sayı 17 909 ədədə çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Eyni dövrdə isə 3 518 hibrid, 630 elektromobil idxal olunub.

Bu rəqəmlər göstərir ki, “plug-in” hibridlər artıq Azərbaycanın “yaşıl nəqliyyat” bazarında aparıcı yerə çıxıb.

Tam elektrik mühərrikli avtomobillərin (elektromobillərin) idxalı isə hələlik məhdud templə artır. Heç bir rübdə 1000 ədədlik həddi keçməyən elektromobil idxalı üzrə ən yüksək göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub.