Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Şagirdlərə də qırmızı kart göstərək? - Fotolar

31 okt 2025, 17:27
Şagirdlərə də qırmızı kart göstərək? - Fotolar

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub. 

Bu barədə Liderxeber.az-a bir qrup valideyn müraciət edib.

Onların sözlərinə görə, bu metod məktəb direktoru tərəfindən valideynlərə göndərilib: “Bəlkə də yaxşı tərəfləri var, ancaq uşaqların düşüncəsi ilə yanaşdıqda bu, onlarda psixoloji gərginlik və motivasiya itkisinə yol aça bilər. “Qırmızı kart” alan şagirdlər sinif yoldaşları qarşısında fərqləndirildiyi üçün özlərini təhqir olunmuş kimi hiss edir, nəticədə dərsə maraqları azalır. 

Məsələn qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.”

Bundan sonra valideynin həmin kartı imzalaması üçün xana var. Axı bu metod uşaqlar arasında xüsusən ibtidai sinif mərhələsində özünəinamın zəifləməsinə və sosial təcrid hissinə səbəb ola bilər!”