Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Yaşayış binaları ilə bağlı yeni tələb

31 okt 2025, 13:50
Yaşayış binaları ilə bağlı yeni tələb

Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq:

- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);

- yardımçı və müvəqqəti tikililər;

- istixanalar və anbar binaları;- istehsalat binaları;

- fərdi yaşayış evləri;

- Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.  

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.