Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

30 okt 2025, 16:46
İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonunda yerləşən “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Azərbaycan Ordusunun zabiti Elçin Balaxan oğlu Quliyev dəfn edilib.

Onun nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırıl

Qeyd edək ki, R. Abbasov 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab edilirdi.

***

Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimovla vida mərasimi keçirilib.

Vida mərasimindən sonra onun nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, C.Rəhimov 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

***

Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyevlə vida mərasimi keçirilib.

Onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.