Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil

30 okt 2025, 15:06
İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək niyyətində deyil.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Caliber.Az mənbələrə istinadən məlumat verir.

"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi hələlik Prezident Əliyevin İrəvana səfərini aktual addım hesab etməyə imkan vermir. Azərbaycan real hərəkətlər prinsipindən çıxış edir. İmzalanmış müqavilə (sülh müqaviləsi - red.) olmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesinin başa çatmasına dair yanlış təəssürat yarada bilər. Hüquqi baza rəsmiləşdirilənədək və öhdəliklər həyata keçirilməyə başlayanadək bu cür addımlar vaxtından əvvəl olardı", - deyə Caliber.Az yazır.

Eyni zamanda, qeyd olunur ki, gələcəkdə yüksəksəviyyəli səfərlərin perspektivi istisna edilmir. "Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəllər razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktik addımların atılması zəruridir ki, bu da sülhü yalnız de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - deyə Caliber.Az vurğulayır.

Qeyd edək ki, oktyabrın 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakimiyyətin Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin sammitinə dəvət etdiyini açıqlayıb. Mirzoyan müvafiq dəvətin "hazırda sənədləşdirilməsinin aparıldığını" bildirib.