Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Abşeron Ticarət Mərkəzi” sahibkarlara dəstəyi gücləndirir

30 okt 2025, 10:23
“Abşeron Ticarət Mərkəzi” sahibkarlara dəstəyi gücləndirir

“Abşeron Ticarət Mərkəzi” kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət-özəl tərəfdaşlığını gücləndirir. Ticarət Mərkəzi yeni imkanlarla bağlı sahibkarların rəyini öyrənməklə yanaşı, dövlətin müvafiq strukturları ilə əməkdaşlıqlar yaradır.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ilə görüşdə bizneslərini Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların əldə etdikləri üstünlüklər barədə məlumat verilib və bu sahibkarların mövcud dövlət proqramlarından istifadə imkanları müzakirə edilib.   

Bildirilib ki, 300 hektara yaxın ərazidə yerləşən və 1500-dən çox mağazanı bir araya gətirən kompleks sahibkarlara müasir ticarət və logistika şəraiti təqdim edir. 

Dövlət qurumu nümayəndələri genişləndirilmiş tikinti bazarı ərazisi ilə yaxından tanış olublar. KOBİA nümayəndələrinə Dərnəgül Tikinti Bazarı ərazisindən buraya köçəcək sahibkarlar üçün yaradılmış əmək mühiti və biznes şəraiti barədə ətraflı məlumat verilib. Öz bizneslərini Abşeron Ticarət Mərkəzinə artıq köçürmüş sahibkarlar burada onlara bizneslərinin inkişafı və dayanıqlılığı üçün daha yaxşı imkanlar təqdim edildiyini bildiriblər.   

Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub. Bu şərait sayəsində sahibkarlar bizneslərini təhlükəsiz və dayanıqlı şəkildə inkişaf etdirmək imkanı qazanırlar. 

KOBİA nümayəndələri mərkəzdə fəaliyyət göstərən müxtəlif mağazalara baş çəkərək sahibkarlarla görüşüb, onların təcrübə və ehtiyacları barədə fikir mübadiləsi aparıblar. 

“Abşeron Ticarət Mərkəzi” ilə KOBİA arasında əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.