Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış etdi

29 okt 2025, 16:39
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Liderxeber.az müraciəti təqdim edir:

"Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət zolağının gediləcək istiqamət üzrə vaxtında və düzgün seçilməsi, yol nişanlarının tələblərinə ciddi riayət edilməsi sürücü intizamının və yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindəndir.

Təəssüf ki, bəzi hallarda sürücülər tələsik və ya məsuliyyətsiz davranışla zolaqları tez-tez dəyişir, nişanlanmanı və digər iştirakçıları nəzərə almadan hərəkət edir. Bu cür hallar nəticəsində yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaranır.

Hər bir sürücü öz zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə təbii ki, nəqliyyatın stabil axını təmin olunmaqla sıxlığın qarşısı alınar, ləngimələrin və qəzaların sayı minimuma enər.

Unutmayaq ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər birimizin məsuliyyətidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yollarda hərəkət zolaqlarını dəyişmək yalnız qaydalarla müəyyən edilmiş hallarda və müvafiq dönmə siqnalı verməklə mümkündür. Hər bir sürücü yollarda intizamlı və məsuliyyətli davranarsa, yollarımız daha rahat və təhlükəsiz olar".