Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür

28 okt 2025, 15:06
Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür

Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb. 

Liderxeber.az-ın məlumatına görə, “Bakı Metropoliteni” “Azedu”ya bildirilib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.

Qeyd olunub ki, layihə “BakıKart” və “Bakı Metropoliteni” tərəfindən pilot versiyada həyata keçirilir: “İlkin mərhələdə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından məsələn,“BakıKart”dan istifadə etsinlər. Həmçinin balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür”.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova isə Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı həm də bank kartı olduğu üçün tələbələr bundan istifadə edə bilirlər: “Sözügedən yenilik yalnız tələbələrə aid deyil, bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, “TələbəPlus” kartı həm də bank kartı statusuna malikdir. Bu səbəbdən hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi çərçivəsində bu kartla da ödəniş etmək mümkündür. Kartların ümumilikdə ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks bir prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir. Tələbələr üçün xüsusi endirim və güzəştlərin müəyyən edilməsi isə Tarif Şurasının səlahiyyətinə aid məsələdir.

Təhsilin İnkişafı Fondu olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi şəkildə məlumatlandıracağıq”.