Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir

27 okt 2025, 12:11
“Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir

Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həyatı təhlükə altına düşüb.

Liderxeber.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.

Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir: “Evimdə çatlar baş verib. Bu gündən sabaha ümidimiz yoxdur. Sürüşmə nəticəsində hər an böyük faciə baş verə bilər. Acınacaqlı vəziyyətdəyik. Heç kimdən də kömək ala bilmirik. Hara gedirik, deyirlər ki, öz hesabınıza kirayəyə çıxın. Bizim də elə bir imkanımız yoxdur. Evdə körpə uşaqlarımız var”.

Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Burada yaşayan vətəndaşların sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.

Suraxanı RİH-dən isə bildirilib ki, məsələ araşdırıldıqdan sonra rəsmi açıqlama veriləcək.