Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət

24 okt 2025, 16:47
Həbsxanaya düşmək üçün soyğunçuluq etdi: Bakıda qəribə cinayət

Bakı şəhəri, Səbail rayonunda qadının pul kisəsini soyğunçuluqla əlindən alan şəxsə hökm oxunub.

Liderxeber.az xəbər verir ki, ərazidə olan kameraların köməkliyi ilə polis hadisəni törədən şəxsi - 1992-ci ildə Bakı şəhərində doğulmuş P.V.-nı müəyyənləşdirərək saxlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həbs edilərək cəzalandırılması üçün sözügedən əməli törədib: "İçki içdiyim, maddi və psixoloji problemlərim olduğu üçün bu hadisəni məqsədli şəkildə törətdim. Fikirləşirdim cəza alıb türməyə düşsəm, bəlkə düzələrəm".

Zərərçəkmiş qadın isə hadisənin yaşadığı mənzilin yerləşdiyi binanın blokuna daxil olarkən baş verdiyini deyib. P.V. arxadan gələrək onun əlindəki içərisində 6 manat pul olan 50 manat dəyərindəki pul kisəsini alaraq hadisə yerindən qaçıb. Hadisə zamanı zərərçəkənə 56 manat maddi ziyan dəyib.

Qadın həmçinin bildirib ki, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə P.V.-ya həbsdə saxlanıldığı iki gün çıxılmaqla 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.