Son Xəbərlər
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya

“Uşağım məktəbdən müəllimlərin səhlənkarlığına görə yıxılıb”

23 okt 2025, 11:49
“Uşağım məktəbdən müəllimlərin səhlənkarlığına görə yıxılıb”

Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində pəncərədən yıxılıb. 

Liderxeber.az xəbər verir ki, ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.

Sözügedən uşağın atası Asim Seyidov iddia edib ki, uşaq ikinci mərtəbədən pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O bu məsələdə müəllimləri ittiham edib və bildirib ki, hadisəyə səbəb uşaqlar arasında narazılıq olub“Diqqətsizliyə, müəllimlərin səhlənkarlığına görə, uşaq özünü ikinci mərtəbədən yerə atıb, bel sümükləri qırılıb. Müəllimlər zəng vurdu ki, uşaq yıxılıb, gəlin. Müəllim gözdən əlil olduğu üçün qiymətləri şagirdlərə yazdırır. Şagird də oğlumun sinif yoldaşıdır. O biri uşaqlara “5”, oğluma “2” yazıb. Oğlum da əsəbiləşib, çıxıb 2-ci mərtəbəyə”. 

Asim Seyidov qeyd edib ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 7-ci sinif şagirdi oktyabrın 20-də ikinci mərtəbənin pəncərəsindən yıxılıb: “Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Eləcə də məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir”.