Son Xəbərlər
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam

22 okt 2025, 13:07
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.

Liderxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.

Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.

Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.

Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.